Ararat Mirzoyandan mina xəritələri ilə bağlı ŞOK ETİRAF

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub.

O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.

Qeyd edək ki, 30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə azad olunmuş ərazilərdə hazırda minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.

İndiyə kimi 342 nəfər mina terrorunun qurbanı olub.

Azərbaycan xeyli vaxtdır ki, Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir.

Share on Facebook