Araiki kim danışdırır? - “Bu, Kremlin təlimatlarıdır”

“Qarabağda mövcud olan xunta rejimi özünün daim tərəf göstərməyə çalışır. Lakin bu rejimi saxlayan qüvvə Rusiyadır və onun fikirlər məhz Moskvadan verilən təlimatlar əsasındadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O, Araik Arutyunyanın son müsahibəsini şərh edib.

Xatırladaq ki, Arutyunyan rəsmi Bakını ittiham etməkdən çəkinməyib.

“Bu fikirlərə çox da əhəmiyyət verməyin tərəfdarı deyiləm. Çünki o, Xankəndi və Bakını bərabərhüquqlu tərəflər sayır. Üstəlik, hansısa beynəlxalq platforma və mexanizmlər çərçivəsində üçüncü ölkədə danışılar aparılması ilə bağlı həddini aşan təkliflərlə çıxış edib. Bu, Kremlin təlimatlarıdır. Özləri də dəqiq bilirlər ki, Bakı bu cür avantürist və Azərbaycanın suverenliyini şübhə altına alacaq heç bir addıma getməyəcək”, - deyə O. Qasımov qeyd edib.

Siyasi təhlilçinin sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalıdır:

“Qarabağ məsələsi Azərbaycanın daxili işidir, orada yaşadan insanlar Azərbaycan vətəndaşıdır. Əgər kimlərsə Azərbaycan qanunları və Konstitusiyasını qəbul edərək burada yaşamaq qərarı verəcəksə, onların bütün hüquqi təminatı ödəniləcək. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər üçün də seçim bəllidir”.

O. Qasımovun fikrincə, Arutyunyanın fikirlərində yeni təşəbbüs yoxdur:

“Separatçılar hesab edir ki, bu məsələni beynəlxalq gündəmdə daha çox saxlamaqla həm Azərbaycan-Ermənistan normallaşma prosesinə ciddi şəkildə əngəl törədə bilərlər, – bu, Rusiya və Ermənistanın maraqlarına uyğundur, – həm də beynəlxalq təzyiqlərin artırılması yolu ilə Qarabağdakı ermənilərə hansısa status və yaxud digər imtiyazlar verilə bilər.

8 aydır “humanitar fəlakət”dən danışılır. Qarabağ elə bir coğrafi bölgədədir ki, qida və ərzağı yetəcək qədərdir. 30-35 min nəfərlik əhalinin heç bir sıxıntısı yoxdur. Belə bir problem olarsa, bununla bağlı çıxış yolu göstərilib: Ağdam-Xankəndi yolu”.

Müsahibimiz xatırladıb ki, əslində, “humanitar yardım” şousu 9 il öncə Rusiya tərəfindən Donbasa göndərilən “humanitar yardım”la eynidir:

“O zaman da Rusiya Ukrayna ərazilərinə “humanitar yardım” adı ilə 2 məqsədə nail olmaq istəyirdi: Birincisi. Ukraynanın ərazi bütövlüyünü şübhə altına almaq. İkincisi, “humanitar yardım” adı altında Donbas separatçılarına hansısa əlavə hərbi ləvazimatların çatdırılması. İndi Kreml eyni ssenarini Qarabağda həyata keçirmək istəyir.

Araikin səsləndiridyi bəyanatlar sülh prosesinə ciddi əngəl törətməyəcək. Atalar demiş, milçək özü bir şey deyil, amma könül bulandırır.

Share on Facebook