Antiterror əməliyyatı: 110 nəfər saxlanıldı

Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində PKK-ya qarşı Diyarbakır, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda əməliyyatlar həyata keçirilib.

Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb.

Hazırda əməliyyat davam etdirilir.

Share on Facebook