Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən şəxsin kimliyi müəyyən edilib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“DNT testi nəticəsində ikinci terrorçunun PKK terror təşkilatının üzvü Özkan Şahin olduğu müəyyən edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu üzə çıxmışdı.