Ali Radanın deputatı: "Azərbaycan xalqına ehtiramımı bildirirəm"

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və ümumilikdə Krımın ilhaqından keçən 9 il ərzində ölkəmizin bütün vətəndaşları kimi azərbaycanlılar da özlərini yaxşı tərəfdən göstəriblər".

Bunu  Ukrayna Ali Radasının etnik-mədəni məsələlər komitəsindən deputatı Svyatoslav Yuraş bildirib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkənin müdafiəsinə qalxıblar:

"Şəxsən özüm Lisiçansk ətrafında döyüşlərdə iştirak edən azərbaycanlıları görmüşəm. Mən Ukraynanın müdafiəsi uğrunda oğullarını qurban verən Azərbaycan xalqına hörmət və ehtiramımı bildirirəm. Eyni zamanda ukraynalıların da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçməsi ilə qürur duyuram. Bakıda olarkən mənə 90-cı illərin müharibəsi və bəzi ukraynalıların ölkəni tərk etməyərək onun müdafiəsində iştirak etməsi barədə danışmışdılar. Ölkələrimizin sülh təsəvvürləri eynidir. Biz ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Çox sağ olun ki, bu yolda bizimləsiniz", - o əlavə edib.

Share on Facebook