Avropa İttifaqının martın 23-24-də keçiriləcək sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatın 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətdə deyilir.
Toplantıda Aİ ölkələrinin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını müzakirə edəcək.
"Fevraldakı son görüşümüzdən indiyədək biz Ukraynaya döyüş sursatı istehsalı və tədarükün təcili artırılması üzərində işləyirik. Məqsədimiz 12 ay ərzində Kiyevi 1 milyon mərmi ilə təmin etməkdir", - Şarl Mişelin yazılı dəvətində bildirilir.