Ağsuda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.

Sozcu.az xəbər verir ki, bunlar Ağsu sakinləri – VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.

Fakt araşdırılır.

18:48

Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub.

Sozcu.az-ın məlumatına görə, VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir.

Fakt araşdırılır.(report)

Share on Facebook