Ağsuda ağır qəza: ölən var

Ağsuda ağır yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir avtomobil yolunda, Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.

Share on Facebook