Ağsuda 10 yaşlı uşağı maşın vurub - vəziyyəti ağırdır

Ağsuda piyadanı maşın vurub.

Bu gün günorta saatlarında rayon sakini Mahmudov İslam idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada 2013-cu il təvəllüdlü Fərzalizadə Zaur Təhsin oğlunu maşınla vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri və başından xəsarət alan 10 yaşlı uşaq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Uşağın vəziyyəti ağır olduğundan uşaq Bakı Nerocərrahiyə xəstəxanasına göndərilib.

Fakta bağlı araşdırma aparılır.

Share on Facebook