Ağstafa rayonunun Poylu qəsəbəsində qohumlar arasında kütləvi dava-dalaş olub.
Sozcu.az xəbər verir ki, dava zamanı 1971-ci il təvəllüdlü Elşən Bədirov qardaşı oğlu, 1990-cı il təvəllüdlü Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib. Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 1998-ci il təvəllüdlü Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
E.Bədirov və Məhəmməd Bədirov saxlanılıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.//Qafqazinfo