Ağdaşda ağır qəza: ölənlər var

Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, qəza mişar daşı daşıyan qoşqulu KamAZ markalı yük maşını ilə balıq daşıyan QAZel markalı yük maşınının toqquşması nəticəsində baş verib.

Nəticədə QAZel-in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook