Bu gün Ağdamda iki nəfər minaya düşərək həlak olub. Hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.
Hadisə barədə Modern.az-a açıqlama verən Yusifcanlı kənd bələdiyyəsinin nümayəndəsi Hüseyn Sadıqov bildirib ki, minaya düşən hər iki şəxs eyni kəndin sakinləridir.
"Onlar Yusifcanlı kəndinin sakinləridir. Hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər", - deyə Hüseyn Sadıqov vurğulayıb.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.