AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.
Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, işləri ilə əlaqədar Gürcüstanın paytaxtı Tiflisdən Bakıya gələ bilməyib.
Qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov qeyd edib ki, yekun qərara əsasən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq:
"İtaliyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.