Ac tələbənin bu hərəkəti hamını təəccübləndirdi

Rəssam Mauritsio Kattelanın instalyasiyasının bir hissəsi olan banan Cənubi Koreyalı tələbələrdən biri tərəfindən yeyilib.

Sozcu.az xəbər verir ki, Noh Huyn-soo adlı tələbə buna səbəb kimi səhər yeməyi yeyə bilmədiyini və ac olduğunu göstərib.

O, dostunun kamerasına poza verib. Daha sonra bananın qabığını yenidən divara yapışdırıb.

Yerli mətbuatın məlumatına görə, muzey daha sonra həmin yerə yeni banan qoyub. Ac tələbənin bu addımı təəccüblə qarşılanıb.

Share on Facebook