ABŞ prezidenti Co Bayden Hiroşima şəhərində Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
ABŞ tərəfinin açıqlamada deyilir ki, Bayden və Kişida müdafiə sahəsində əməkdaşlığı gücləndirmək yollarını müzakirə ediblər.
Yaponiya XİN-in məlumatına görə, Bayden ikitərəfli Təhlükəsizlik Müqaviləsinə uyğun olaraq Yaponiyanı nüvə imkanları da daxil olmaqla, bütün vasitələrlə müdafiə edəcəyinə söz verib.
Qeyd edək ki, Bayden 2023-cü il mayın 19-dan 21-dək Xirosimada keçiriləcək G7-nin 49-cu sammitində iştirak etmək üçün üçün Yaponiyada səfərdədir.