ABŞ hərbi əməliyyatlar zamanı Ukraynanın müəyyən uğurlarına şübhə etmir.
Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Düşünürəm ki, onlar (ukraynalılar – red.) bu münaqişənin əvvəlindən lazımi səviyyədə qiymətləndirilməyiblər. Onların uğur qazanmağa davam edəcəklərinə heç bir şübhəmiz yoxdur”, - Kirbi bildirib.