ABŞ səfirliyi Tofiq Yaqubludan yazdı

“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir”.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında yazıb.

“Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb.

Dekabrın 15-də isə Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. 

Share on Facebook