ABŞ Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
Sozcu.az-ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
"Biz tez və koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırıq. Bir sıra variantları nəzərdən keçiririk, onlar arasında əlavə sanksiyalar da olacaq", - o, deyib.
Kirbi əvvəllər İranın ballistik raketləri və əlaqəli texnologiyaları Rusiyaya ötürməyi nəzərdən keçirməsindən hədsiz narahatlığını ifadə edib.