ABŞ ordusu Fələstin anklavında yer almayacaq?

ABŞ qoşunları sülh sazişlərinin icrasına nəzarət etmək üçün birbaşa Fələstin anklavına yerləşdirilməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper X hesabında məlumat yayıb.

“Komandanlığın nəzdində Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində görülən işlər barədə hesabat vermək üçün Qəzzadan yeni qayıtdım. Mərkəz münaqişədən sonrakı sabitliyin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri koordinasiya edəcək. Bu xüsusi səylər Qəzzada ABŞ qoşunlarının iştirakı olmadan həyata keçiriləcək", - deyə Kuper qeyd edib.

Share on Facebook