ABŞ-ın müdhiş yardımı: Ukrayna NEZ-ləri belə vururmuş

ABŞ artıq bir neçə aydır Ukraynaya Rusiyanın enerji infrastrukturlarına uzaqmənzilli zərbələr endirməsində köməklik göstərir.

Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” rəsmi mənbələrə istinadla yazıb.

Məlumata görə, bu addımlar Rusiya iqtisadiyyatını zəiflətmək və Prezident Vladimir Putini danışıqlara məcbur etmək məqsədi daşıyan koordinasiya olunmuş səylər çərçivəsində atılır.

Ukraynalı və amerikalı rəsmilərin sözlərinə görə, ABŞ kəşfiyyatının Kiyevlə paylaşdığı məlumatlar Ukraynaya cəbhə xəttindən xeyli uzaqda yerləşən strateji enerji obyektlərinə, o cümlədən neft emalı zavodlarına zərbələr endirməyə imkan verib:

“ABŞ kəşfiyyatı Ukraynaya PUA-ların Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yayınması üçün zərbə marşrutu, hündürlüyü və vaxtı kimi detallarda dəstək verir. Vaşinqton planlaşdırmanın bütün mərhələlərində birbaşa iştirak edir. Uzaqmənzilli zərbələrin hədəflərini Ukrayna seçir, ABŞ isə bu obyektlərin zəif tərəfləri ilə bağlı kəşfiyyat məlumatı təqdim edir. Bundan əlavə, Vaşinqton Rusiyanın daxilində prioritet hədəfləri də müəyyən edir”.

Share on Facebook