ABŞ-ın blokadası Çin və Kubanın Venesuela neftinə çıxışını dayandırıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Nikolas Maduronun saxlanılmasından sonra Venesuelanı yalnız ABŞ-a istiqamət götürən neft dolu tankerlər tərk edə bilib.
“3 yanvardan bəri Venesuelanın neft ixracı 75% azalıb. Növbəti 10 gün ərzində limanlardan çıxarılan az miqdarda neft ya ABŞ-a, ya da ölkə əhalisi və sənayesi üçün yanacaq istehsal etmək məqsədilə yerli neftayırma zavodlarında istifadə üçün nəzərdə tutulub.
Nəticə etibarilə, Venesuela neft tədarükünün yavaşlaması Çinin dünyanın ən böyük neft alıcısı statusunu təhlükə altına qoyub. Ölkə Rusiya, İran və Venesueladan əhəmiyyətli dərəcədə endirimli qiymətlərlə neft alır”, - məlumatda bildirilib.
