ABŞ-ın Araşdırma Mərkəzi: “Rusiya Ukraynada 200-250 min itki verib“

Rusiya 1945-ci ildən - İkinci Dünya müharibəsindən bəri ən böyük itkilərini Ukraynadakı müharibədə verib. 

Sozcu.az “RBK Ukraina”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, Rusiyanın Ukraynadakı itkiləri təxminən 200-250 mindir: “Buraya Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı, “Vaqner” muzdlu hərbi təşkilatının nümayəndələri, qondarma DNR və LNR silahlıları, həmçinin digər qruplaşmalar daxildir”. 

Analitiklərin fikrincə, Rusiyanın Ukraynadakı itkiləri əvvəlki münaqişələrdəki, o cümlədən Əfqanıstan, Çeçenistan müharibələrindəki itkilərdən dəfələrlə çoxdur. 

Mərkəzin hesabatında bildirilib ki, Kreml Ukraynaya qarşı müharibə ilə bağlı yanlış hesablamalar aparmışdı: “Rusiyada elə bilirdilər ki, ukraynalılar Ukraynadakı mövcud hakimiyyəti və Prezidenti Volodimir Zelenskini dəstəkləməyəcəklər. Ukraynanın uğuru həm də texnika, xüsusilə PUA-larla bağlıdır”. 

Share on Facebook