AB ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün Amerikaya qarşı sərt tədbirlərə, o cümlədən 93 milyard avroluq tariflərə hazırlaşır.
Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” diplomatlara və rəsmilərə istinadən yanvarın 18-də Brüsseldə 27 AB ölkəsinin nümayəndələrinin təcili görüşündən sonra məlumat yayıb.
“Üç saatlıq müzakirə zamanı diplomatlar gələn həftə Vaşinqtonla danışıqların həll yoluna gətirib çıxarmayacağı təqdirdə Trampa qarşı konkret variantlar hazırlamağın vacibliyini vurğulayıblar. Avropa Şurasının Prezidenti Antonio Koşta da bu həftə AB sammiti çağırmaq niyyətindədir. 93 milyard avro dəyərində cavab tarifləri də tətbiq oluna bilər. Alternativ olaraq, Amerika banklarının fəaliyyətini məhdudlaşdıracaq, patentləri etibarsız hala gətirəcək və ya proqram təminatından və yayımdan əldə edilən gəliri əngəlləyən bir anti-məcburiyyət alətindən istifadə etmək olar. AB-nin arsenalında diplomatik və iqtisadi tədbirlər də daxil olmaqla geniş seçim var və bunlardan bəziləri ictimai müzakirə mövzusu deyil”, - mənbə bildirib.
