Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanı Rusiyaya qarşı AB üçün sərt olan sanksiyalara qoşulmağa çağırıb.
Sozcu.az xəbər verir ki, o, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da qatıldığı AB-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"Dünya nizamı dəyişir və strateji mövqelərin AB-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin AB qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar AB üçün sərtdir, lakin buna baxmayaraq tərəfdaşlarımızdan da bunu istəyirik", - deyə o bildirib.
