89 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Share on Facebook