52 yaşlı usta hündürlükdən yıxılıb öldü

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs müalicə aldığı xəstəxanada keçinib.

Sozcu.az “Report”a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü İ.Baxışov ağır xəsarətdən müalicə aldığı xəstəxanada vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, mərhum usta kimi çalışdığı məkanda hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook