462-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 462-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 207 910 hərbçi, 3802 ədəd tank, 7472 ədəd zirehli döyüş maşını, 3460 ədəd artilleriya sistemi, 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 333 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6230 ədəd avtomobil texnikası, 3124 ədəd PUA, 1107 qanadlı raket, 18 gəmi/qayıq, 454 xüsusi avadanlıq itirib.

Share on Facebook