Tovuzda fəhləni elektrik cərəyanı vurub.
Sozcu.az-ın məlumatına görə, 38 yaşlı kişi ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.
Şəxsin Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıldığı bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 23.01.2025-cü il tarixində saat 10:00 radələrində elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub.
Qeyd edilib ki, xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.