Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib.
Sozcu.az “Report”a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.