2023-cü ilin ən yaxşı məşqçisi - Qurban Qurbanov!

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Sozcu.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!

Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu mövsüm Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə və “Pelikan” İdman Fəaliyyətləri Klubunun maliyyə dəstəyi ilə dekabrın 19-da keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Nizami Gəncəvi zalı”nda təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.

Kim kimə səs verib?

İdman mediası

Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov

Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov

Mahir Rüstəmli (Futbol+) – Qurban Qurbanov

Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov

Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov

Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov

Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov

Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov

Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov

Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov

Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov

Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov

Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov

Günay Xəlil (“Offsideplus.az”) – Qurban Qurbanov

İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov

Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov

Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov

Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov

Natiq Muxtarlı (“Aut.az”) – Qurban Qurbanov

Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov

Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov

İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov

İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Murad Musayev

Mirbağırağa Cəfərli (“Sportal.az”) – Qurban Qurbanov

Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov

Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov

Elvin Əhəd (“Mediasport.az”) – Elmar Baxşıyev

Anar Şabanoğlu (“Sports.az”) – Qurban Qurbanov

İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov

Daşqın Əziz (Pressinq.az) – Qurban Qurbanov

Komanda.az

Rəşad Ergün – Qurban Qurbanov

Pərviz Eltürk – Qurban Qurbanov

Akif Əhmədov – Murad Musayev

Nəzrin Kazımlı – Murad Musayev

Vüsal Qəmbərov – Qurban Qurbanov

Televiziya – Radio

Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov

Gəray Qiyasov (“Real” TV) – Murad Musayev

Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov

Qulam Səfərli (“Xəzər” TV) – Qurban Qurbanov

Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov

Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov

Fərid Ramazanov (“İdman” TV) – Qurban Qurbanov

Tural Xudiyev (“Space” TV ) – Qurban Qurbanov

İlkin Baba (“Azərbaycan radiosu”) – Elmar Baxşıyev

Cavid Neymətzadə (“Radio Space”) – Murad Musayev

Mehri Qurban (Baku TV) – Rəşad Sadıqov

İctimai-siyasi media

İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov

Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov

Kənan Həsənov (“Report.az”) – Qurban Qurbanov

Ozal Məmmədov (“Sfera.az”) – Qurban Qurbanov

İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov

Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov

Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov

Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Qurban Qurbanov

Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov

Heybət Məmmədov (Publika.az”) – Qurban Qurbanov

Fidan İlqar (“Lent.az”) – Qurban Qurbanov

Aytən Məmmədova (“Azadliq.info”) – Rəşad Sadıqov

Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov

Anar Rəsullu (“Sozcu.az”) – Qurban Qurbanov

Natiq Cavadlı (“Meydan” TV) – Qurban Qurbanov

Zahid Nurəliyev (“Bakupost.az”) – Qurban Qurbanov

Fərəc Aslanov (“Azeripress.az”) – Qurban Qurbanov

Səxavət Məmmədov (“Yenicag.az”) – Qurban Qurbanov

Ağa Dadaşzadə (“Operativ24.az”) – Elmar Baxşıyev

Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov

Share on Facebook