Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan şok açıqlama verib.
Sozcu.az yerli KİV-ə istinadən bildirir ki, o, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfdən 11 min hərbçinin fərarlik etdiyini bildirib.
Hakobyan bu barədə müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən danışıb.
O qeyd edib ki, 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib: "11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit...".modern