1-ci qrup əlil uşaqlı ailə evindən zorla çıxarılır

"Mən Bakı Şəhər Nərimanov Rayon Nurəddin Süleymanov küçəsində yerləşən mənə məxsus 86 kv/m yaşayış sahəsi olan kupça sənədli mənzilimi Kapital Bankda girov qoyub pul götürdüm. Götürdüyüm pulu vaxtında qaytara bilmədim. Kapital Bank 86 kv/m yaşayış sahəsi olan kupçalı mənzilimizi Cəlilova Pəri Seydağa qızına satmışdır. 86 kv/m yaşayış sahəsi olan Kupçalı mənzili boşaldaraq 5 nəfərdən ibarət olan ailəmizlə həmin sahədə əlavə özümüzün sonradan inşa etdiyimiz və Bankın Cəlilova Pəri Seydağa qızına satdığı 86kv/m yaşayış sahəsi olan mənzilə heç bir aidiyyəti olmayan 62kv/m sahəsi olan mənzilə köçdük. Cəlilova Pəri Seydağa qızı Kapital Bankdan aldığı 86 kv/m sahəsi olan kupçalı mənzildən başqa bizim ailəmizlə yerləşdiyimiz 62kv/m yaşayış sahəsi olan mənzildən çıxarmaq məqsədilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmışdır. Cəlilova Pəri Seydağa qızının iddia ərizəsi ilə 19.10.2023-ci il tarixdə e 2(005)-157/2023 saylı iş üzrə Məhkəmə işinə baxılmış və 5 nəfərdən ibarət olan ailəmizin yaşadığı 86kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması barədə Məhkəmə qərar çıxarmışdır. İş artıq icraata götürülüb,ancaq icra məmurları bizi qətnamədə göstərilən 86 kv/m yaşayış sahəsinə heç bir aidiyyatı olmayan və sonradan inşa etdiyimiz 62 kv/m sahəsi olan mənzildən çıxarmaq istəyirlər. Bu gün Probasiya Şöbəsindən icraçılar polis əməkdaşları ilə  birlikdə gəlib ailəmizdə 1-ci qrup ömürlük əlil uşağın olmasına belə baxmayaraq yaşadığımız mənzildən çıxmağımızı  tələb etdilər. Belə də yaşadığımız mənzildən başqa gedəsi yerimizdə yoxdur.   Ailəmizlə bərabər inanırıq ki, bu iş doğru düzgün araşdırılacaq və bizim haqqımız bərpa olunacaq".

Tünzalə Əmirova

Share on Facebook