Qarabağdakı erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi birləşmələrin son günlərdəki dislokasiyası ilə bağlı xəbərlərdən həyəcanlanıblar. Separatçıları xüsusilə qorxudan məqam isə Azərbaycan Ordusuna məxsus olduğu iddia edilən hərbi texnikanın üzərində "A" hərfinin tərsinə “∀” kimi qeyd olunmasıdır.
Sozcu.az-ın məlumatına görə, sosial şəbəkələrdə üzərinə “∀” simvolu qeyd olunmuş hərbi texnikanın şəklini paylaşan ermənilər bunun xüsusi məna daşıdığını idda ediblər.
Bu iddialarda “∀” simvolunun “qələbə”yə (V-Viktoriya) və V-nin ortasındakı xəttin “Zəngəzur dəhlizi”nin açılmasına işarə olduğu bildirilir. Digər iddialarda isə qeyd olunur ki, həmin simvol separatçıların elan etdiyi qondarma “Artsax”ın adındakı baş hərfin tərsinə çevirilmiş formasıdır ki, bu da oyuncaq rejimin darmadağın ediləcəyi anlamı daşıyır.
Ordumuza məxsus hərbi texnikaların üzərində isə belə bir görüntünün olduğuna dair heç bir rəsmi açıqlama yoxdur.
Ehtiyatda olan polkovnik, hrəbi ekspert Şair Ramaldanov isə deyib ki, əgər hansısa hərbi texnikanın üzrinə “∀” simvolu qeyd olunubsa, bu heç bir məna daşımır. Onun sözlərinə görə, ola bilsin ki, təlimlər zamanı hansısa bölüyü, yaxud texnikaları bir-birindən ayırmaq üçün müvəqqəti işarələrdən istifadə edilib.
Şair Ramaldanov hərbi texnikanın üzərinə hansısa hərflərin yazılması və ya işarələrin qoyulması halları əvvəllər də müşahidə edilib. modern)