Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Sozcu.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Şamaxı"nın qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.
Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Sabah" "Qəbələ"ni qəbul edəcək. Turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.