Mayın 13-dən 18-dək Rusiyanın Tatarıstan Respublilkasının paytaxtı Kazan şəhərində “Rusiya – İslam Dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumu keçiriləcək.
Forumun məqsədi Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, təhsil, sosial və mədəni əlaqələri gücləndirməkdir.
Qeyd edək ki, Azərbaycanın da daxil olduğu İƏT ölkələri Rusiya ilə qarşılıqlı əlaqələri xeyli gücləndirib. Son bir ildə ümumi dövriyyə 30 % artıb. Forum iştirakçıları üçün də mühüm məsələ Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqə olacaq.
Azərbaycan və Rusiyanın bir çox təmas nöqtələri və əməkdaşlığın inkişafı üçün əsasları var. Bu, ilk növbədə, qarşılıqlı ticarətin artmasıdır.
2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 10 % artaraq, demək olar ki, 4,8 milyard dollar təşkil edib. Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı, həmçinin Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı (34,6 %) olub. Ötən il Rusiya məhsullarının Azərbaycana tədarükü əhəmiyyətli dərəcədə artıb (14,5 % artaraq 3,621 milyard dollar təşkil edib).
Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən qərb qolunun Rusiya ilə birgə işlənməsi tezliklə yeni perspektivlər aça bilər. Bu, dəhliz üzrə ümumi yük daşımalarının təxminən 70 %-ni təşkil edir.
"KazanForum 2025"in proqramına iştirakçı ölkələrin nəqliyyat nazirlərinin görüşü və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş, iştirakçı ölkələrin nəqliyyat və logistika potensialının inkişafı üzrə konfrans, “Beynəlxalq Əmlak Bazarı 2025” ikinci Beynəlxalq Daşınmaz Əmlak Sərgisi, Beynəlxalq Moda Sənayesi Forumu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş daxildir.