FİFA prezidenti Canni İnfantino qurumun və onun ünvanına səslənən mənfi fikirlərə münasibət bildirib.
Sozcu.az "RMC Sport"a istinadən xəbər verir ki, qurumun rəhbəri FİFA-nı "Robin Qud" adlandıranlara da cavab verib: “Məni və FİFA-nı niyə tənqid etdiyinizi başa düşmürəm. Bəzi jurnalistlərin niyə belə qəzəbləndiyini anlamıram. Bəlkə də jurnalistlərlə kifayət qədər ünsiyyət qura bilmirəm.
Kimsə demişdi ki, FİFA futbolun Robin Qududur. Amma biz varlıları soymuruq, əksinə, kasıbların futbola çıxışına kömək edirik.
Mənə şəxsi hücumlar da var. Bilin ki, FİFA-ya, onun prezidentinə hücum edirsiniz... Bu hücumlar niyə baş verir? Məni sevmək məcburiyyətində deyilsiniz, amma mənə hörmətlə yanaşmalısınız".
İnfantio FİFA haqqındakı korrupsiya iddiaları ilə bağlı da danışıb: "Bu, çox ciddi iddialardır. Bu gün bu haqda danışmağa məcbur oldum. Mən komandamla çox işləyirəm. Namizədliyimi dəstəkləyən 200-dən çox məktub aldıqdan sonra yenidən seçildim”.