"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la cavab oyununun (1:0) 82-ci dəqiqəsində niyə əvəzləndiyini açıqlayıb.
Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan fransalı hücumçu deyib: “Meydanı tərk etdim, çünki baldırımdan pis zərbə aldım. Ancaq bu, sadəcə bir əzilmədir. Bazar günü "Barselona"ya qarşı oynamağa hazır olacağam"
Qeyd edək ki, Madrid klubu La Liqanın 26-cı turunda martın 19-u səfərdə "Barselona" ilə qarşılaşacaq.