Kamran Cəfərov: Mixail Fyodorovun istefası Zelenski üçün öz ayağına sıxılmış güllə ola bilər

50 baxış

Politoloq Kamran Cəfərov Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri Mixail Fyodorovu vəzifədən uzaqlaşdırmaq qərarını sərt tənqid edib.

Sozcu.az xəbər verir ki, politoloqun fikrincə, məhz Fyodorovun həyata keçirdiyi islahatlar nəticəsində Ukrayna ordusu döyüş meydanında mühüm üstünlüklər əldə edib. O qeyd edib ki, Fyodorov 2019-cu ildən etibarən Zelenskinin ən yaxın və ən sadiq komanda üzvlərindən biri olub.

Kamran Cəfərovun sözlərinə görə, maraqlı məqam ondan ibarətdir ki, indiyədək Fyodorova tənqidi yanaşan müxalifət belə onun vəzifədən uzaqlaşdırılmasına qarşı çıxır. O hesab edir ki, bunun əsas səbəbi Fyodorovun fəaliyyətinin yüksək effektivliyi və əldə etdiyi nəticələrdir.

Politoloq bildirib ki, Ukraynada müxalifət, vətəndaş cəmiyyəti və ictimai rəy liderləri Zelenskinin bu qərarına etiraz edir, hətta ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.

Kamran Cəfərovun fikrincə, ukraynalılar siyasi mentalitet baxımından fransızlara bənzəyirlər və hakimiyyəti daim tənqid etmələri demokratik cəmiyyət üçün normal haldır.

O hesab edir ki, Ali Rada hələ bu məsələ ilə bağlı yekun qərar verməyib və Zelenski öz fraksiyasına Fyodorovun vəzifədən azad edilməsinin əleyhinə səs verməyi tövsiyə etməlidir.

"Mixail Fyodorovun gedişi Zelenski üçün öz ayağına sıxılmış güllə, Ukrayna Silahlı Qüvvələri üçün isə son dərəcə ağrılı zərbə olacaq", – deyə Kamran Cəfərov vurğulayıb.

Paylaş:

Əlaqəli məqalələr