Elxan Şahinoğlu: İsrailin bu qərarı Türkiyədən çox Paşinyana zərbə vuracaq

102 baxış

İsrail hökumətinin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı məsələni parlamentə göndərməsi Türkiyəyə ciddi təsir göstərməyəcək.

Sozcu.az xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, indiyədək bir sıra dövlətlərin parlamentləri də oxşar qərarlar qəbul edib, lakin bu addımların praktik nəticəsi olmayıb.

Elxan Şahinoğlu hesab edir ki, İsrail hökuməti Türkiyə ilə münasibətlərdə yaşanan gərginlik fonunda siyasi motivli qərar qəbul edib. Onun fikrincə, bu addım ilk növbədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeyini zəiflədə bilər. Politoloq qeyd edir ki, Paşinyan bu mövzunu Ermənistan cəmiyyətinin gündəmindən çıxarmağa çalışdığı bir vaxtda, İsrailin qərarı radikal müxalifətin, erməni lobbisinin və kilsənin əlini gücləndirir.

Şahinoğlu əlavə edib ki, bu qərar İsrailin tərəfdaş hesab etdiyi Azərbaycanı da çətin vəziyyətə salır. Onun qənaətincə, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın Tel-Əvivin bu addımına münasibət bildirməsi zərurəti yarana bilər.

Politoloq sonda vurğulayıb ki, sözügedən qərarın hüquqi və praktiki təsir gücü olmasa da, hazırkı həssas geosiyasi şəraitdə bölgədə sülh və əməkdaşlıq istəyənlərin deyil, gərginlikdən faydalanmaq istəyən qüvvələrin maraqlarına xidmət edə bilər.

Paylaş: