Bu ərköyün uşaq bizə sanksiya tətbiqinə çalışır – Türkiyə

Heç bir sanksiya Türkiyənin Meis adası və ya 10 dəniz milini əhatə edən hava sahəsinin suverenliyi ilə bağlı məsələdə güzəştə getməsinə səbəb olmayacaq.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Avropanın ərköyün uşağı Yunanıstan qeyri-legitim dəniz sərhədlərinə və hava məkanına qarşı iddiasına əsaslanaraq, Avropa İttifaqının Türkiyəyə sanksiyalar tətbiq etməsinə çalışır. Lakin bu məsələdə Türkiyə heç vaxt güzəştə getməyəcək. Yunanıstan Türkiyə ilə qeyd-şərtsiz dialoqa girməlidir”, – nazirlikdən bildirilib.

Facebook Comments