Naxçıvanda məscidin qazı niyə kəsilib?
61 baxış
Tanınmış jurnalist Məhəmməd Ərsoy Şərur şəhərində məscidin qaz təchizatının dayandırılması ilə bağlı paylaşım edib.
Jurnalist özünün sosial şəbəkə hesabında yazıb ki, məscidin Qaz İdarəsinə təxminən 3 min manat borcu olduğuna görə qazı kəsilib.
“Gündəlik Naxçıvan”a danışan dindarların sözlərinə görə, bir neçə gün əvvəl idarənin əməkdaşları məscidin qaz sayğacını plomblayıblar.
Onların bildirdiyinə görə, hər ibadət vaxtı məscidə gələn təxminən 200 nəfər dindar hazırda soyuq şəraitdə ibadət etməli olur.
Dindarlar məscidin aylıq qaz xərcinin 2 min manata yaxın olduğunu bildirirlər. Bu xərci kimin ödəyəcəyi barədə isə onlara məlumat verilməyib.


















