Naxçıvana gələn il 198 milyon manat dotasiya ayrılacaq

18 baxış

Azərbaycanda rayonların dövlət büdcəsindən dotasiya asılılığının tamamilə aradan qalxdığı açıqlanıb.

Sozcu.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, regionların dövlət büdcəsindən asılılığı daha da azalıb.

Onun sözlərinə görə, gələn il Naxçıvana 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4 faiz azdır.

Paylaş:

Əlaqəli məqalələr