Ayfon-20 gəlir - Belə olacaq
Əplın Ayfonun 20-ci ildönümünə özəl olaraq 2027-ci ildə Ayfon- 20 modelini təqdim etməyə hazırlaşdığı iddia edilir.
Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, yeni model tamamilə şüşə korpus, əyri və çərçivəsiz ekran, ekran altı üztanıma və fiziki düymələri əvəz edəcək toxunma əsaslı idarəetmələrlə təchiz oluna bilər.
İddialara görə, Ayfon-20 6,3 və 6,9 düymlük iki ekran variantında təqdim ediləcək. Modelin A21 çipi ilə işləyəcəyi və cihazdaxili süni intellekt imkanlarının da gücləndiriləcəyi gözlənilir.
Əpl daha əvvəl Ayfonun 10-cu ildönümündə Ayfon -9 əvəzinə Ayfon-X modelini təqdim etmişdi. Bu səbəbdən 2027-ci ildə Ayfon-20 adının seçilə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, yeni xüsusiyyətlərin bir hissəsi hələlik Əpl tərəfindən rəsmi təsdiqlənməyib.


















