Məzunların taleyi sual altındadır: Minlərlə gəncin sonrakı yolu bilinmir
2025-ci ildə orta məktəbi başa vuran məzunların təxminən 10 faizi təhsilini ali və ya orta ixtisas təhsili səviyyəsində davam etdirməyib.
Sozcu.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alıb. �
Dövlət İmtahan Mərkəzi
Məlumata görə, həmin şəxslərin 70 faizini oğlanlar, 30 faizini isə qızlar təşkil edir. Onların sonrakı təhsil və ya məşğulluq taleyi ilə bağlı rəsmi məlumatın olmadığı qeyd olunur.
DİM-in təqdim etdiyi statistikaya əsasən, 2025-ci ildə orta məktəbi bitirənlər 2014-cü ildə birinci sinfə qəbul olunmuş şagirdlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin il ölkə üzrə 146 min 62 nəfər birinci sinfə gedib. Onlardan təxminən 0,8 faizi isə orta məktəbi başa vurmadan təhsil sistemindən ayrılıb. �
Dövlət İmtahan Mərkəzi
Qeyd olunur ki, 2023-cü ildə 9-cu sinfi 144 min 875 şagird bitirib. Həmin il keçirilən buraxılış imtahanlarında 143 min 406 şagird iştirak edib, 1 469 nəfər isə müxtəlif səbəblərdən imtahanda iştirak etməyib.
Təhsil ekspertlərinin fikrincə, hər il minlərlə gəncin nə ali məktəbə, nə də orta ixtisas təhsilinə yönəlməsi əmək bazarı və peşə hazırlığı baxımından ciddi araşdırılmalı məsələdir. Bu tendensiyanın səbəblərinin öyrənilməsi və gənclərin təhsilə cəlb olunması istiqamətində əlavə tədbirlərə ehtiyac olduğu vurğulanır.













