FHN-də yeni təyinatın pərdəarxası: Rəisin rəfiqəsi rəhbər postunda?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə yeni rəis təyin olunub.
Sozcu.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Amaliya Məmmədova təyin edilib.
Məlumata görə, bu ilin may ayında Arzu Yusifova FHN-in Tibb Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Tibb Mərkəzinin yeni rəisi Amaliya Məmmədovanın da Arzu Yusifovanın yaxın çevrəsinə aid olduğu bildirilir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında FHN-in Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edilmiş, onun yerinə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunmuşdu. Vəfa Dadaşova ötən ilin may ayında həmçinin Tibb Xidmətinin rəisi vəzifəsinə gətirilmişdi.
O, 2025-ci ilin mart ayında tutduğu hər iki vəzifədən istefa verib.








