Vətəndaşları uzun həftəsonu gözləyir: 3 gün ardıcıl istirahət

14 baxış

Azərbaycanda rəsmi bayram günü ilə əlaqədar olaraq bu həftə iş qrafikində dəyişiklik olacaq.

Sozcu.az xəbər verir ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan bu həftə beşgünlük iş rejimi ilə çalışan vətəndaşlar üçün iş günlərinin sayı 4-ə enəcək.

Belə ki, iyunun 26-sı cümə gününə təsadüf edir və qanunvericiliyə uyğun olaraq rəsmi qeyri-iş günüdür. Bayram gününün ardınca gələn 27 və 28 iyun tarixləri isə şənbə və bazar günlərinə düşdüyündən vətəndaşlar ardıcıl üç gün istirahət etmək imkanı qazanacaqlar.

Bundan əlavə, Əmək Məcəlləsinə əsasən bayramqabağı iş günü olan iyunun 25-də iş vaxtı bir saat qısaldılacaq.

Beləliklə, bu həftə beşgünlük iş qrafiki ilə çalışanlar üçün yalnız dörd iş günü olacaq, həftənin sonu isə üç günlük istirahətlə əvəzlənəcək.

Əlaqəli məqalələr