Prezidentin Sərəncamı ilə şəhid Səməd Hüseynzadə ölümündən sonra ordenlə təltif edildi
229 baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların və mülki işçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vətən müharibəsində iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Səməd Sətdar oğlu Hüseynzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu yüksək dövlət təltifi şəhidimizin Vətən qarşısındakı xidmətlərinə verilən dəyərin və qəhrəmanlığının növbəti təsdiqidir.


















