4 gün iş olmayacaq - Bu tarixlərdə

114 baxış

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq.

Sozcu.az xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.

Bundan əlavə, 8 və 9 noyabr tarixlərinin həftəsonuna təsadüf etməsi ilə əlaqədar 10 noyabr da beşgünlük iş həftəsində istirahət günüdür. Toyuqlu pizza

Belə ki, 8, 9 və 10 noyabr, həmçinin 31 dekabr qeyri-iş günləridir.

Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü və 107 istirahət günü var. 40 saatlıq iş həftəsi üzrə iş vaxtının illik norması isə 1922 saat təşkil edir.Mətbuat.az

Paylaş:

Əlaqəli məqalələr