Nazir: 9 mindən çox müəlimin əmək müqaviləsinə xitam verilib

151 baxış

Sertifikasiyanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.

Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, ümumilikdə 91 407 müəllim sertifikatlaşdırma prosesində uğur qazanıb.

O bildirib ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən 60 818 müəllimin əməkhaqqına 10 faiz, 30 590 müəllimin əməkhaqqına isə 35 faiz əlavə olunub.

Paylaş:

Əlaqəli məqalələr