Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

29 baxış

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Sozcu.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.

Kəndə qayıdan sakinlər uzun illər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam edir. Şükürbəyli kəndi də yenidən qurularaq sakinlərin istifadəsinə verilib və əhalinin rahat məskunlaşması üçün zəruri infrastruktur yaradılıb.

Əlaqəli məqalələr